“Koronavirusun aşkarlanması üçün istifadə olunan testlər ekspress testlər deyil ki, onları insanlar apteklərdən alsınlar”.
Medicina.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyində koronavirus pandemiyasına (COVID-19) qarşı Azərbaycan hökumətinə cavab və hazırlıq tədbirləri ilə bağlı dəstək göstərmək üçün gəlmiş missiyanın fəaliyyətinin yekunlarına dair keçirilən mətbuat konfransında ÜST missiyasının rəhbəri Karolina Braun deyib.
O qeyd edib ki, bu, yeni xəstəlik olduğu üçün xüsusi laborator şəraitdə test etmək lazımdır:
“Hazırda ekspress testlərin hazırlanması ilə bağlı işlər aparılır və müəyyən müddətdən sonra hazır ola bilər. Xəstəlikdən sağalan insanlarda immunitet yaranır. Amma nə qədər davam edəcəyi araşdırılır”.