Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusdan sağalan icra başçısının müavini: - "Yəqin orqanizmim güclü olduğu üçün heç bir əlamət hiss etmədim"

  • 2020.04.13 15:44
  • 7097 Baxış
Koronavirusdan sağalan icra başçısının müavini:   - "Yəqin orqanizmim güclü olduğu üçün heç bir əlamət hiss etmədim"

Bir müddət öncə koronavirusa yoluxan və aprelin 10-da sağalaraq evə buraxılan Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini Alıcı Dilavərov müalicəsinin gedişatı barədə suallara cavab verib.

Medicina.az qafqazinfoya istinadən Alıcı Dilavərovun açıqlamasını təqdim edir.


"Mən xaricdən Azərbaycan vətəndaşları gətirilən zaman həyata keçirilən tədbirlərdə iştirak edirdim. Belə fikirləşirəm ki, həmin vaxt virusa onlardan yoluxmuşam.

Məndə heç bir ağır əlamət olmadı. Sadəcə, icra hakimiyyətinin əməkdaşlarından nümunə götürüldükdən sonra mənə dedilər ki, sənin nəticələrin müsbət çıxıb. Sonra da məni Astara Rayon Xəstəxanasında müalicəyə götürdülər, 14 gün orada saxlanıldım.

Xəstəxanada olduğum müddətdə də nə öksürək, nə yüksək temperatur, nə nəfəs çatışmazlığı. Özümdə heç bir fərqlilik hiss etmədim. Təzyiqim də daim normal oldu. Müalicə prosesi çox yaxşı keçdi.


Bütün xəstələr hansı prosedurları keçirdilərsə, mən də hamısını edirdim. Gün ərzində 4-5 dəfə temperaturumuz, təzyiqimiz ölçülürdü.

Mənim ailə üzvlərim karantində qaldılar. Amma heç birində virus aşkarlanmadı.

Yəqin, orqanizmim güclü olduğu üçün sağaldım. Bir neçə dəfə məndən nümunə götürdülər. Sonda dedilər ki, artıq sağalmısınız, gedə bilərsiniz. Aprelin 10-da xəstəxanadan buraxıldım, indi evdəyəm. Vətəndaşlarımızdan xahiş edirəm ki, evdə qalsınlar, səbrli olsunlar ki, ölkə olaraq virusa qalib gələk".