Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusdan sağalan həkim işə çıxdığı gün öldü

  • 2020.10.09 12:10
  • 3125 Baxış
Koronavirusdan sağalan həkim işə çıxdığı gün öldü

Koronavirusa yoluxan türkiyəli həkim anidən dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, ''Taksim Eğitim ve Araştırma'' xəstəxanasının sinir cərrahı 14 gün karantində qaldıqdan sonra yenidən işinə qayıdıb. Ancaq Ahmet Akbaş işinə qayıtdığı gün halı pisləşərək həyatını itirib.

30 yaşlı həkimin ölüm səbəbi hələlik dəqiq bilinməsə də, onun koronavirusdan vəfat etdiyi deyilir. Əvvəllər sağlamlıq problemi yaşamayan həkimin ölüm səbəbi tibbi ekspertizadan sonra məlum olacaq.