Rusiyalı həkim dietoloq Yevgeniya Kobilyaskaya koronavirusa yoluxaraq sağalanlardandır. O, öz telegram kanalında necə mübarizə aparması barədə danışıb. Belə ki, o, dədə-baba metodlarından çox istifadə edib.
Medicina.az xəbər verir ki, həkim immun sisteminə necə dəstək olduğunu açıqlayıb:
“Yatağa uzanıb, evdə nə yun materialdan geyim varsa geyinin, ayaqlarınıza yun corab, belinizə, boğazınıza şal. Yorğana bürünün. Xahiş edin ki, sizə tez-tez limonlu çay və yaxşı bir toyuq bulyonu versinlər. Bunları içsəz, immununuz toparlanacaq”.
Kobilyaskaya xəstəliyin gedişatından da yazıb:
“Əvvəl qoxu və dadbilməni itirdim, yeməkdən çəkindim. Sonra hərarətim qalxdı. İştahım olmadığından heç nə yemirdim, 3 kq arıqladım”.