Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusdan sağaldı, qara kifə tutuldu

  • 2021.06.04 15:38
  • 1669 Baxış
Koronavirusdan sağaldı, qara kifə tutuldu

Meksikanın paytaxtı Mexiko şəhərində həkimlər COVID-19 virusuna yoluxaraq sağalan 34 yaşlı şəkərli diabet xəstəsinə “qara kif” diaqnozu qoyublar.



Medicina.az xəbər verir ki, Qreqorio Avendanyo adlı şəxs may ayının əvvəlində koronavirusa yoluxub. Evdə müalicə alan xəstə bir müddət sonra sağalaraq normal həyata dönüb.

Lakin 26 mayda Qreqorio Avendanyonun halı qəfil pisləşib və üç gün sonra üz sinir iflici ilə xəstəxanaya aparılıb. Bir neçə gündən sonra xəstə nitqini də itirib.

Xəstənin qohumları bildirib ki, hazırda həkimlər onun sol gözünü əməliyyat edərək çıxaracaqlar. Hətta infeksiyanın beyinə yayılma ehtimalı da var.