Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Koronavirusdan qorxmaq günahdır, qorxu ölüm enerjisidir” – İnsanlıq özünü bu günlərdə necə aparmalıdır?

  • 2020.03.19 17:47
  • 6652 Baxış
“Koronavirusdan qorxmaq  günahdır, qorxu ölüm enerjisidir”  – İnsanlıq özünü bu günlərdə necə aparmalıdır?

“Koronavirus çoxdan təbiətdə, heyvan və insanlarla iç-içə yaşayır. Keçmişdə o sadəcə zəif qripp ştammı idi. Ona görə insanlıq bu an üçün diqqətini koronavirusa cəmləyib, ona görə qorxu və narahatlıq əsiri olmamalıdır”.

Bu sözləri dini araşdırmaçı, Yevangeliya üzrə araşdırmaçı Kennet Koulend bildirib.

Medicina.az xəbər verir ki, o bu an koronavirusun yox, ona görə qorxunun yer əhalisi üçün təhlükəli olması barədə açıqlama verib.

“Mənəvi baxımdan qorxunu yaxına buraxmaq günahdır. Qorxu – pis ruhdur. Ölüm ruhudur, ölüm enerjisidir. İncildə də deyilir ki, Tanrı bizə qorxu yox, sevgi və mərhəmət ruhu üfürüb.

Qorxu isə İblisdəndir. Yalnız o narahat və qorxu içində qala bilər. Səbredəcək qədər qorxu ola bilər. Amma dəhşət və güclü qorxu lənət və Tanrıya qarşı çıxmaqdır. Qorxu bütün xəstəlik və bəlalar üçün maqnitdir, çəkdikcə çəkəcək. İnsan bir şeydən qorxmağa başlayanda, iblis ona təsir etməyə başlayır: sözlə, fikirlə, hisslərlə. Siz qorxduqca İblisi gücləndirib, onu öz fiziki bədəniniz üzərində hakim edirsiz.

İova 3:25-ci bənddə deyilir: “Dəhşətə gəldiyin məni tapdı, nədən qorxdum mənə gəldi”.

Tanrı düşməni olan insanlar və İblis digərlərini panikada saxlamaq üçün hər saat işləyir. Kədərlisi odur ki, insanlar bu qorxuya təslim olur. Halbuki bu günlərdə əksinə sevgini və imanı gücləndirməlidirlər”.