Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusdan qorunmaq üçün nəcisdə çimdilər - QƏRİBƏ METOD

  • 2020.03.07 17:21
  • 2873 Baxış
Koronavirusdan qorunmaq üçün nəcisdə çimdilər  - QƏRİBƏ METOD



Hindistanda çox sayda insan koronavirusdan qorunmaq üçün inanılmaz addım atıb.

BakuPost.az xəbər verir ki, Çində ortaya çıxan və sürətlə yayılan koronavirus Hindistanda da təşvişə səbəb olub. Hindistanlılar dini inanclarına əsasən, inək nəcisini suya qarışdıraraq, duş qəbul ediblər.

Sosial şəbəkələrdə yayılan görüntülərdəki bu insanlar, "İnək anamız çox yaşa" şüarları səsləndiriblər:

"Çindən bütün dünyaya yayılan bu virusdan qorunmağın tək yolu müqəddəs inəyin nəcisi ilə duş qəbul etməkdir. Bunu edən heç kim koornavirusa yoluxmayacaq. Çünki o şəxs artıq müqəddəs hesab olunur".

Sosial şəbəkə istifadəçilərinin bir qismi bu görüntüləri dəstəkləsə də, digərləri qətiyyətlə qınayıblar.