ABŞ-ın Cons Hopkins Universitetinin Tibb Məktəbinin alimləri COVID-19 infeksiyasının ağır formasına qarşı aşkar olunan vasitənin kliniki sınaqlarına başlayıb.
Medicina.az xəbər verir ki, bu preparat alfa-blokatorlar qrupuna aiddir.
COVID-19-a yoluxmuş xəstə digər xəstəliklərin müalicəsi üçün alfa-blokatorlar qəbul edibsə, onun kəskin respirator xəstəliklərdən ölüm riski azalır.
Alfa-blokatorlar qan damarlarının daralmasına təsir edən, həmçinin adrenalin və noradrenalin reaksiya verən alfa-1 reseptorlarının fəaliyyətini zəiflədir. Bu tərkibli preparatlar prostat vəzi xəstəliklərində, yüksək qan təzyiqində təyin olunur.