Koronavirus infeksiyasının daha bir qorxunc xüsusiyyəti müəyyən edilib.
"BakuPost"un məlumatına görə, Çinin Xuaçjun Elmi-Texnologiya Universitetinin professoru Yan Çzinin rəhbərliyi altında həkimlər Uhan xəstəxanalarına qəbul edilən 600-dən çox xəstənin məlumatlarını təhlil ediblər.
Elm adamlarının sözlərinə görə, xəstə diabet və piylənmədən əziyyət çəkməsə belə qanda şəkərin miqdarının artıq olması koronavirus infeksiyasından ölüm riskini iki dəfəyə kimi artırır.
"Biz hər bir xəstədən qanda şəkərin miqdarının müəyyən edilməsi üçün də test götürülməsini tövsiyyə edirik".
Xatırladaq ki, COVİD-19 pandemiyas yayılandan sonra mütəxəssislər onun daha çox diabetdən, ürək xəstəliklərin əziyyət çəkən, eləcə də siqaret çəkən insanlara mənfi təsir etdiyini müəyyən ediblər. Belə ki, kardioloji problemlər ölüm riskini 5, piylənmə və diabet isə 3-5 dəfə arası artırır.