Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusdan ölüm riskini 12 dəfə çoxaldan xəstəlik

  • 2020.07.27 11:30
  • 1604 Baxış
Koronavirusdan ölüm riskini 12 dəfə çoxaldan xəstəlik

COVİD-19-dan ölüm riskini 12 dəfə artıran xəstəlik müəyyən edilib.

Medicina.az-ın məlumatına görə, diabet xəstələrinin koronavirusdan ölüm riski 12 dəfəyə kimi yüksəkdir. Bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.

Məlumata görə, koronavirusa yoluxan və eyni zamanda diabetdən əziyyət çəkən insanların hospitalizasiya ehtiyacı 6 dəfə daha yüksəkdir. Diabet COVİD-19 zamanı kəskinləşmə, ağırlaşma verən ikinci xəstəlikdir. İlk yerdə isə ürək-damar xəstəlikləri gəlir.

Kaliforniya Universitetinin alimlərinin fikrincə, diabet bir çox orqanların fəaliyyətini də pozur. Onun səbəb olduğu ağırlaşmalar arasında böyrək ağrıları, insult, miokard infarkt. görmənin pisləşməsi və s. var.

Xatırladaq ki, dünyada ötən ilin sonlarından yayılmağa başlayan koronavirus bu vaxta kimi 640 mindən çox insanın ölümünə, 15 milyondan çox adamın isə yoluxmasına yol açıb.