Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusdan ölüm ehtimalını dəfələrlə artıran amil açıqlandı

  • 2021.02.05 15:09
  • 1553 Baxış
Koronavirusdan ölüm ehtimalını dəfələrlə artıran amil açıqlandı

Diş əti xəstəliklərindən əziyyət çəkənlərin COVID-19-dan ölmək ehtimalı 9 dəfə çoxdur.

“Journal of Clinical Periodontology”də dərc edilmiş tədqiqatda 2020-ci ilin fevral – iyul ayları ərzində koronavirus diaqnozu qoyulmuş 568 xəstənin müxtəlif göstəriciləri və diş kartaları təhlil edilib. Həmin şəxslərin 258-də (45 faizi) diş əti xəstəliklərinin olması üzə çıxıb.

Tədqiqat müəlliflərinə görə, orqanizmdə müəyyən iltihablar olduğunu əks etdirən damaq xəstəliklərindən əziyyət çəkənlərdə qan markeri sayı xeyli çoxdur. Belə ki, məhz iltihab hadisələri bu qrup xəstələrin koronavirusa qarşı çox həssas olmasını şərtləndirir./Report