Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusdan ölənlərin sayı 4 386-ya çatdı - Ermənistanda

  • 2021.05.22 11:29
  • 1452 Baxış
Koronavirusdan ölənlərin sayı 4 386-ya çatdı -  Ermənistanda

Ermənistanda son sutkada koronavirusa 181 yoluxma qeydə alınıb.

Medicina.az xəbər verir ki, məlumatı Ermənistanın Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 221 880-a çatıb. Məlumata görə, ölkədə son sutkada daha 15 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 386-ya yüksəlib.

Koronavirusa yoluxan 210 835 pasiyent sağalıb. Hazırda 5 586 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.