ABŞ-da koronavirusdan ölənlərin orqanizmində qəribə dəyişikliklər müşahidə edilməyə başlanılıb.
Medicina.az-ın məlumatına görə, Yeni Orleanda bir qrup elm adamı COVİD-19-un miokarditə - yəni ürək əzələlərinin sıradan çıxarmasına səbəb olmasından şübhələnir.
Mütəxəssislər bildiriblər ki, koronavirusdan ölən bəzi şəxslərin üzərində aparılan araşdırmalar daha öncə düşünüldüyü kimi tipik soyuqlama əlamətlərinə bənzəmir. Söhbət ürək əzələlərinin hüceyrələrinin məhvindən gedir.
Araşdırmanı aparanlardan biri olan professor Riçard Vander Hayde deyir ki, SARS-CoV-2 SARS-dan fərqli olaraq ürək əzələlərinin hüceyrələrində mövcud deyil. Bununla bağlı olaraq virus infeksiyası kiçik qan damarlarından bəzilərində müşahidə olunub.
Xatırladaq ki, COVİD-19 ötən ilin sonlarında Çində meydana çıxıb. Bir neçə aya bütün dünyanı cənginə alıb. ÜST mart ayında pandemiya elan edib. Koronavirusa yioluxanların sayı 15 milyon civarəndadır.