İtaliyada son 24 saat ərzində 475 nəfər koronavirusdan dünyasını dəyişib. Nəticədə virusdan ölənlərin sayı 3 min nəfərə çatıb.
Medicina.az xəbər verir ki, İtaliyada pandemiyadan ən çox zərbə alan şəhərlərdən biri də Lombardiya əyalətindəki Berqamodur. Şəhərdə karantin mərkəzi Ponte San Pietroda dünyasını dəyişənlərin dəfn edilməsi zamanı lentə alınan görüntülər yayılıb. 950 çarpayılıq xəstəxanada vəziyyət gərginləşib. Tibb işçilərindən 3-ü Covid-19-a yoluxub. 60 nəfər isə dünyasını dəyişib.
Ölənləri dəfn etmək üçün xəstəxanaya hərbi maşınlar yola salınıb. Cəsədlər şəhərdəki krematoriyalara aparılıb.