Türkiyəli aktyor Tolqa Karel koronavirus səbəbi ilə ailəsindən bir aydır uzaq düşdüyünü açıqlayıb.
Medicna.az xəbər verir ki, ABŞ-da yaşayan eks aktyor sürücü çalışdığı üçün koronavirusdan ölən xəstələrin meyitlərini daşımaq işinə cəlb edilib.
Karel ABŞ-da koronavirusun sürətlə yayıldığı ərəfədə üzləşdiyi çətinliklərdən bəhs edib:
“Ötən ay böyrəklərimdə problem yarandığından həkimə getməli oldum. Rentgen üçün 3500 dollar pul istədilər. Dedim, rentgen çəkin, böyrəyim də sizdə qalsın, əvəz-əvəz olaq. Ölsəm də, o pulu vermərəm”.
Tolqa koronavirusdan ailəsini qorumaq üçün bir aydır ki, “TIR”da yaşadığını bildirib:
“Nə qədər diqqətli olsaq da, küçədə çox oluruq. Virusa yoluxa bilərəm. Burada insanlar işlərini itirirlər, çox çətin vəziyyətdədirlər. Həyat yoldaşımı da işdən çıxarıblar. Nyu-Yorkda mənə qısa məsafəyə aparmaq üçün yükün olduğunu söylədilər. Yükə baxanda orada 12 cəsəd görüb şoka düşdüm. Koronavirusdan ölən 12 insanın meyitini “TIR”la daşıdım”.