İranda yeni tip koronavirus (COVID-19) səbəbindən həyatını itirən tibb işçiləri şəhid sayılacaq.
Bu barədə “HaberGlobal” İran Dövlət Televiziyasına istinadla məlumat yayıb.
Medicina.az xəbər verir ki, İranın Ali Lideri Ayətullah Xameneyi Səhiyyə naziri Səid Nəməkinin bu barədə təklifini qəbul edib.
Beləliklə, COVID-19-la mübarizə əsnasında həyatını itirən həkim, tibb bacısı və səhiyyə personalı “vəzifə şəhidi” sayılacaq.