Bir müddət öncə koronavirusdan vəfat edən Xalq artisti Teymur Mustafayevin oğlu Seymur Mustafayevdə də virus aşkarlanıb.
Bu barədə Zaur Baxşəliyev aparıcısı olduğu "Bizimləsən" verilişində məlumat verib:
"Onun yaxınları bu haqda məlumat veriblər. O, hazırda xəstəxanada müalicə alır".
Xatırladaq ki, iyunun 4-ü "Yeni Klinika" tibb müəssisəsinə 1939-cu il təvəllüdlü Mustafayev Teymur Ağaxan oğlu təcili tibbi yardım maşını ilə ilə evdən ikitərəfli COVID-19 pnevmoniyası, Kəskin tənəffüs çatışmazlığı, Ağciyər-ürək çatışmazlığı, Şəkərli diabet II tip Ağır klinik gedişli, hər iki aşağı ətrafın işemiyası diaqnozu ilə ağır vəziyyətdə gətirilib və reanimasiya şöbəsinə daxil olub. Daxil olan kimi xəstəyə müvafiq müayinələr olunub.
Tənəffüs çatmazlığı və xəstədə hemodinamiki göstəricilərdə pozğunluqlar dərinləşdiyindən təcili intubasiya olunaraq Süni ventilyasiya aparatına qoşulub. Həkim infeksionistin təyinatı ilə xəstəyə COVID-19-a qarşı antibakterial, antiviral müalicəyə başlanılıb. Həkimlərin səyinə baxmayaraq, iyunun 11-də bioloji ölüm qeyd olunub.