Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusdan ölən AzTV işçisinin səs yazısı yayıldı - "Bura çox pisdir, dəhşət"

  • 2020.07.02 11:55
  • 8179 Baxış
Koronavirusdan ölən AzTV işçisinin səs yazısı yayıldı   - "Bura çox pisdir, dəhşət"

AzTV-nin koronavirusdan ölən gənc əməkdaşı, rejissor Samir Nəcəfzadənin xəstəxanadan yaxınlarına göndərdiyi iddia edilən səs yazısı yayılıb.

"BakuPost"un məlumatına görə, sosial şəbəkələrdə yayılan yazıda S.Nəcəfzadənin çətinliklə nəfəs aldığı, boğulduğu hiss edilir. O, müalicə aldığı xəstəxanada vəziyyətin acınacaqlı olduğunu deyir. "Biri ordan qışqırır, biri burdan qışqırır. Tualet, əl yumağa su yoxdur. Dəhşət. Vəziyyət çox pisdir, bura çox pisdir.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva səs yazısı ilə bağlı araşdırma aparıldığını deyib.
.
"BakuPost"un qafqazinfo-ya istinadla verdiyi məlumata görə, 36 yaşlı rejissor 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) müalicə alıb. Bundan əvvəl də sosial şəbəkələrdə sözügedən xəstəxanada pasiyentlərə etinasız yanaşılması məsələsi geniş müzakirə edilib.

Xatırladaq ki, hazırda şirkətin daha 5 əməkdaşı xəstəxanada müalicə alır.