Daha bir ölkədə koronavirusdan ilk ölüm faktı qeydə alınıb.
Toqoda koronavirusdan dünyasını dəyişən Dominik Aliziu adlı şəxsdir.
Xəstənin martın 17-də Belçikadan ölkəyə qayıtdığı qeyd olunub. Onun bronxial astmadan əziyyət çəkdiyi bildirilir.
Xatırladaq ki, bu Qərbi Afrika ölkəsində indiyə qədər 25 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.