Koronavirus infeksiyası 8 metr fəsafədən də yayıla bilər.
Alman alimlər belə qənaətə gəliblər. Bu barədə Helmoltsa adına İnfeksion Yolxucu Xəstəliklər Mərkəzinin məlumatında qeyd edilir. Bir neçə universitetin ortaq araşdırmasında Almaniyada yaşayış məntəqəsi Reda Videnbryuk da virusun ən sürətlə və çox yayılması araşdırılıb.
Məlumatda qeyd edilir ki, ət kobinatında koronavirus bir-birindən 8 metrdən daha uzaq radiusda olan işçilərindən birindən o birinə keçib. Yayılma temperaturu 10 selsi dərəcəyə kimi və hava sirkulyasiyası olan iri mal-qara bölməsində qeydə alınıb.
"Bizim araşdırmalarımız göstəriri ki, aşağı temperatur, havalandırmanın kondisionerlər olduğu, təmiz havanın az daxil olduğu, eləcə də gərgin fiziki əmək tələb olunan yerlərdə koronavirusun daha uzaq məsafədən yayılma riski də artır", deyə professor Adam Qrundhoff bildirib.
Onun sözlərinə görə, sadlanan faktorlar ət, balıq istehsal edən müəssisələr kimi məkanlarda xəstəliyin sürətlənməsində önəmli rol oynayırlar. "Belə məkanlarda 1,5-3 metr məsafə qorunmaq üçün kifayət deyil".
Xatırladaq ki, iyunun 23-də ət kombinatında 1,5 mindən çox adamın yoluxmasından sonra Almaniyanın qərbindəki Qyuterslo və Varendorf şəhərlərində karantin tədbiri görülüb.