İtaliyada kronavirusa yoluxmuş və orda qalmış rusiyalı telejurnalist Georgiy Kudinov xəstəliyin onda qəribə gedişatından danışıb.
Medicina.az xəbər verir ki, o, virusa yoluxub, çox pis vəziyyətə düşənə kimi 8 gün gözləməli olub.
“ O dərəcədə pis idim ki, piyada xəstəxanaya getməyə hazır idim. Qəfil pisləşdim: hərarət, öskürək, boğulma səbəbindən danışa bilməmək. İndiyə kimi anlaya bilmirəm ki, insan 5-6 saatın içində necə çox pisləşə bilər. Dostlarımızın zəngi ilə Milandakı çox yaxşı klinika məni qəbul etməyə razılaşdı. Ora çatanda artıq meyit idim. Elə bilirdim, palataya çatan kimi məni aparata qoşacaqlar. Amma xəstəxanaya çatanda qəfildən özümü gümrah hiss etməyə başladım. Bu virusun çox qəribə özəllikləri var”.
Jurnalist müalicəsi üçün istifadə olunan preparatları da xatırlayır: darunavir, ritonavir, malyariya əleyhinə plankvenil və qızdırma dərmanı.
“Öskürək üçün siroplar, probiotiklər də var idi”.
Jurnalist 8 gün xəstəxanada qalandan sonra evə, özünütəcrid şərtilə buraxılıb.