Bu gün dünyada hələ ki, ilk və tək koronavirusa yoluxmuş it ölüb. İt Honkonqda virusa yoluxmuşdu.
Medicina.az xəbər verir ki, it fevralın sonu xəstəliyə yoluxub və karantinə alınmışdı.
Test müsbət nəticə göstərsə də, itdə xəstəliyin kəskin simptomları yox idi.
İtin sahibəsi olan 17 yaşlı qızda da koronavirus aşkarlanıb.
Qeyd edək ki, ÜST koronavirusun insandan heyvana və ya ev heyvanından insana keçməsini istisna etmişdi.