Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.
Medicina.az xəbər verir ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Anesteziologiya və reanimatologiya kafedrasının dosenti, əməkdar həkim Aydın Qədirov COVID-19-dan dünyasını dəyişib.
Yaxınlarının bildirdiyinə görə, həkim bu gün səhər saatlarında vəfat edib.
Qeyd edək ki, A. Qədirov bir müddət Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimatoloqu olub.