Onun sözlərinə görə, diaqnozu təsdiqlənmiş olan ikinci xəstə müalicəsini davam etdirir.
Tsivilev əlavə edib ki, koronavirus daşıyıcıları ilə əlaqədə şübhəli olan daha 15 nəfər həkim nəzarəti altındadır. Kuzbassda son bir gündə yeni bir yoluxma hadisəsi yoxdur.
Bundan əvvəl Kemerovoda koronavirus xəstəliyinə yoluxmuş iki nəfərin olduğu müəyyənləşdirilib. Onlardan hər ikisi də bu yaxınlarda İtaliyaya səfər ediblər.