Koronavirusa yoluxmuş cərrah Niyazi Eminovun vəziyyəti yaxşılaşmağa doğru gedir.
Medicina.az xəbər verir ki, bu barədə N. Eminovun dostu Bəhruz Xaliqov məlumat verib.
O bildirib ki, vəziyyətində müsbət irəliləyiş olduğundan həkimlər N. Eminovu bu gün süni tənəffüs aparatından ayırıblar.
Qeyd edək ki, N. Eminov Mərkəzi Gömrük Hospitalında müalicə alır.