Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusa yoluxmasından şübhələnən kişi intihar etdi

  • 2020.02.13 15:26
  • 1375 Baxış
Koronavirusa yoluxmasından şübhələnən kişi   intihar etdi
Hindistanda 50 yaşlı Bala Krişna koronavirusa yoluxduğunu zənn edərək intihar edib.

Hadisə Anhra Pradeş ştatında baş verib. Daim koronavirusun yayılması ilə bağlı xəbərləri izləyən kişi soyuqdəymə əlamətlərini hiss edərək koronavirusa yoluxduğunu düşünüb.

Medicina.az Report-a istinadən xəbər verir ki, həkimlər kişini müayinə edib bunun koronavirus olmadığına söyləsə də, o, həkimlərin dediklərinə inanmayıb. Evə qayıtdıqdan sonra kişi xəstəliyi barədə ailə üzvlərinə xəbərdarlıq edib. Ona yaxınlaşmağa çalışanlara isə daş atıb. Adından ailə üzvlərini evdə bağlı qapı arxasında saxlayan Krişna qəbiristanlığa gedib və anasının məzarı üstündə intihar edib.

Mərhumun oğlu atasının psixi sağlamlığı ilə bağlı narahat olduğunu, dövlətin qaynar xəttinə zəng etdiyini bildirib: “Amma mənə narahat olası bir şey olmadığını bildirdilər. Kimsə vaxtında reaksiya versəydi, atam sağ olardı”, - o bildirib.