Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Koronavirusa yoluxmaqda utanılacaq bir şey yoxdur"

  • 2020.06.20 16:02
  • 3074 Baxış
"Koronavirusa yoluxmaqda utanılacaq bir şey yoxdur"

Hamımız COVID-19-a yoluxa bilərik, burada utanacaq bir şey yoxdur – TƏBİB

“Evdə yüksək hərarəti olan bəzi insanlar bunu gizlədirlər”.



Medicina.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.



Y. Qarayeva deyib ki, COVID-19 tənəffüs yolu xəstəliklərindən biridir: “Sadəcə, bu gün həmin xəstəliyi müalicə etmək üçün dərmanımız yoxdur. Biz hamımız buna yoluxa bilərik, burada utanacaq bir şey yoxdur”.



TƏBİB-in şöbə müdiri qeyd edib ki, hazırda müalicə olunmuş insanlara 21 gün işə çıxmamaq tövsiyə olunur:

“Xalqımızın xəstələrə evdə baş çəkmək kimi ənənəsi var. Bu gözəl ənənəyə bir müddət son qoymaq lazımdır. Rayonlarımızın birində koronavirusa yoluxan xəstəyə yaxınları baş çəkdiyi üçün yoluxanlar da olub”.