Türkiyənin İstanbul şəhərində koronavirusa qarşı profilaktik məqsədlə saxta spirtli içki qəbul edən 15 nəfər ölüb.
Bu barədə Türkiyə mətbuatı xəbər yayıb.
Bundan başqa, saxta içkidən zəhərlənmə diaqnozu ilə 60 nəfər xəstəxanaların reanimasiya şöbələrinə yerləşdirilib.
Qeyd edək ki, indiyədək Türkiyədə 3 nəfər koronavirusdan həyatını itirib.