Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusa yoluxma və ölümdə azalma var - ÜST

  • 2021.12.16 15:37
  • 1877 Baxış
Koronavirusa yoluxma və ölümdə azalma var -  ÜST
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri dünyada koronavirusa yeni yoluxma hallarının 5%, ölüm hallarının isə 10% azaldığını bildiriblər.

“Son bir həftə ərzində biz həm yeni koronavirusa yoluxma hallarının, həm də bu virusdan ölüm hallarının sayında azalma qeydə aldıq”, - deyə ÜST-dən bildirilib.

Statistikaya əsasən, dekabrın 6-dan 12-dək dünyada 4 000 817 yeni yoluxma, 46 961 ölüm faktı qeydə alınıb.