Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusa yoluxma halları bəzi ölkələrdə sürətlə artır

  • 2020.04.11 09:17
  • 1102 Baxış
Koronavirusa yoluxma halları bəzi ölkələrdə sürətlə artır
Dünyada koronavirusdan 100 mindən çox insan ölüb.

Bu barədə COVID-19 ilə bağlı hesablamalar aparan Cons Hopkins Universitetinin saytında bildirilir.

Ən son məlumatlara görə, dünyada COVID-19 infeksiyasından 102 753 insan ölüb, koronavirusa yoluxanların ümumi sayı 1 698 271 nəfərə çatıb.

Dünyada yeni növ virusa yoluxma ən çox ABŞ-da qeydə alınıb: 501.301 nəfərə koronavirusa yoluxma diaqnozu qoyulub.

İspaniyada bu rəqəm 158 273 nəfər təşkil edir. Siyahıda üçüncü yerdə 147 577 xəstə ilə İtaliya qərarlaşıb.
Bir müddət əvvəl dünyada epidemiyanın mərkəzi sayılan Çin indi 82 941 yoluxma ilə digər ölkələrdən geridədir. Siyahıda bundan başqa Böyük Britaniyanın (74 605 yoluxma) və İranın (68 192) adları var. Qalan ölkələrdə koronavirusa 50 mindən az insan yoluxub.


Fransada 125 931 nəfər koronavirus xəstəsi qeydə alınıb. Almaniyada son bir gündə koronavirusa yoluxanların sayında artım qeydə alınmayıb, lakin bununla belə, ölkədə 122 171 nəfər COVID-19 infeksiyası daşıyıcısı var.

Siyahıda Türkiyə, Belçika, İsveçrə, Niderland, Kanada, Braziliya, Portuqaliyanın da adları qeyd edilib.