Gürcüstanda son sutkada daha 554 nəfərdə koronavirus aşkarlanıb, 252 pasiyent sağalıb, 2 nəfər isə vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 8 118-ə, sağalanların sayı 4 244-ə, xəstəlikdən vəfat edənlərin sayı isə 50-yə çatıb.
Hazırda karantində 5 392, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 1 100 nəfər isə xüsusi otellərdə müalicə olunur.