Dünya səhiyyəsi insanların koronavirusa yoluxduqdan sonra bədənlərində virusa qarşı antitelin yaranacağına ümidli idilər. Epidemiya bitdikdən sonra yer üzü əhalisinin yarısında antitel olacağı haqqında gözləntilər özünü doğrultmadı. Alimlər hələ ki, koronavirusa yoluxanların cəmi 3%-də immun antitelinin yarandığını görüblər.
Medicina.az xəbər verir ki, buna görə ÜST ölkələrdə karantinin yumşaldılmasını epidemiyanın bitməsi kimi qəbul etməməyi bildirir.
İnsanların koronavirusa qarşı immuniteti olmayacaq, vaksin isə ilin sonuna yaxın hazır olacaq.
ABŞ-lı alim Robert Qalo hələ ki, koronaya qarşı vaksin rolunu polimielit peyvəndinin oynaya biləcəyini açıqlayıb. Bu peyvənd immuniteti bir neçə ay qoruya bilər. Bu peyvəndin digər RNA viruslara qarşı ola biləcəyini hələ 1970-ci ildə SSRİ-də təyin etmişdilər.