Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusa yoluxanlarda aylar sonra meydana çıxan təhlükə - Türk həkim

  • 2021.11.01 16:06
  • 2057 Baxış
Koronavirusa yoluxanlarda aylar sonra meydana çıxan təhlükə -  Türk həkim
ABŞ-da 740 xəstə üzərində aparılan araşdırma nəticəsində məlum olub ki, koronavirusa yoluxmuş insanlar aylar sonra koqnitiv(dərketmə və xarici informasiyaları mənimsəmək)kimi pozuntular yaşaya bilərlər.

Medicina..az sondakika.az-a istinadən xəbər verir ki, New York-da elmi araşdırma mərkəzində, virusla bağlı araşdırmada iştirak edən tibb mütəxəssisi Jacqueline Becker, insanların koronavirusa yoluxduqdan bir neçə ay sonra koqnitiv pozuntular yaşadığını aşkar edib.

Belə ki, virusa yoluxduqdan təxminən 7-8 ay sonra insanlarda qərar qəbul etmə, planlaşdırma, xatırlama, xatirələri yadda saxlamaqla bağlı problemlərinin olduğunu bildiriblər. Daha sonra psixiatr professor Dr. Helen Lavretski NBC News-a müsahibəsində bildirib ki, bu tip xəstələrin bəzilərində təfəkkür, yaddaş pozğunluğu, avtomobili idarə edərkən beyində çaşqınlığın olduğu məlum olub.

Fəridə Söhrabqızı