İndoneziya hakimiyyəti koronavirusa yoluxmuş vətəndaşları yaşayış olmayan Galang adasına göndərməyə qərar verib.
Medicina.az xəbər verir ki, bu barədə yerli mətbuatı ölkənin silahlı qüvvələrinin baş komandanı Hadi Tiagantoya istinadən məlumat yayıb.
Rəsminin sözlərinə görə, Cənubi Çin dənizində yerləşən ərazi xəstələr üçün ayrılıb.
Bu ərazi 1979-cu ildən 1996-cı ilə qədər Vyetnamdan olan qaçqın düşərgəsi kimi istifadə olunub və orada bir neçə bina qorunub saxlanılıb.
Qeyd edək ki, hazırda İndoneziyada koronavirus şübhəsi ilə 30 nəfərdən çox adam var. İndoneziya lideri Joko Vidodo martın 2-də bildirib ki, yoluxma ilə bağlı yalnız təsdiqlənmiş iki hadisə var: 64 yaşlı qadın və 31 yaşlı qızı yoluxub. Onun sözlərinə görə, yerli sakinlər Malayziyadan İndoneziyaya gedən "COVID-19 koronavirus" diaqnozu təsdiqlənmiş Yaponiya vətəndaşı ilə əlaqə saxlayıblar.