“Bir insandan alınan qan 42 gün ərzində istifadə edilməlidir. Hazırda Mərkəzi Qan Bankında kifayət qədər qan ehtiyatı var. Amma nəzərə almaq lazımdır ki, qan daimi ehtiyacdır. Vətəndaşları Mərkəzi Qan Bankının paytaxt və bölgələrdəki bölmələrində qan verməyə çağırırıq”.
Medicina.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Qan Bankının müdiri Qumral Ələkbərova bildirib.
Onun sözlərinə görə, respublikada 1500-dən çox talassemiyalı xəstəyə hər 2-3 həftədə bir dəfə qan köçürülür.
Q.Ələkbərova bildirib ki, koronavirsa yoluxub və sağalmış şəxs 28 gün sonra qan verə bilər:
“Qan vermək immun sisteminə yaxşı təsir edir, yeni qan hüceyrələrinin yaranmasına səbəb olur”.