ABŞ-da koronavirusa yoluxan 8 yaşlı Avella Braun nadir rast gəlinən bir halla qarşılaşıb.
Medicina.az xəbər verir ki, hələ mart ayında virusa tutulan azyaşlının orqanizmində autoimmun xəstəlik inkişaf etməyə başlayıb.
Xəstəlik nəticəsində Minnesota sakini iflic keçirib.
Həkimlər Avellanın beynində şiş əmələ gəldiyini bildirib və ona kəskin yayılmış ensefalomiyelit diaqnozu qoyublar.