İtaliyanın Montsa şəhərindən olan 34 yaşlı Daniela Trettsi koronavirusla bağlı testi müsbət nəticələnəndən sonra özünü öldürüb.
Medicina.az xəbər verir ki, Trettsi intensiv terapiya şöbəsində işləyib, koronavirus infeksiyası əlamətləri olduğundan martın 10-dan karantinə alınıb. Virusla bağlı testi müsbət olandan sonra tibb bacısı intihar edib.
Məlumata görə, qadın güclü stress keçirib, başqalarını da yolxdura biləcəyindən çəkinib.