Koronavirusa yoluxmuş Rusiya və Belarus müğənnisi Rita Dakota xəstəxanaya yerləşdirilib. Bu barədə o, instaqram hesabında məlumat verib.
“Xəbərlər çox ürəkaçan deyil: briqada gəldi, mənim vəziyyətimə baxdı, bütün göstəricilərimi ölçdü və qanımda çox az oksigen olduğunu söylədi. Nəticə belədir-məni xəstəxanaya yerləşdirirlər”, - Dakota danışıb.
Qeyd edək ki, müğənninin COVID-19-a yoluxduğu ötən həftə məlum olmuşdu. Artistin sözlərinə görə, xəstəlik yalnız üçüncü dəfədən təsdiqlənib.