Dünən İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini və koronavirusla mübarizə komitəsinin katibi İrəc Hərirç koronavirusa yoluxduğu bildirilib.
Medicina.az xəbər verir ki, nazir müavini dünən qatıldığı tədbirdə çətin anlar yaşayıb. Belə ki, canlı yayımlanan tədbir zamanı o dayanmadan tərləməyə başlayıb. Görüntülərdən də bəlli olur ki, onun halı yaxşı deyil.
Yoluxma xəbərini isə nazir müavini özü videomüraciətlə elan edib.
Qeyd edək son, son məlumatlara görə İranda 95 nəfər koronavirusa yoluxub.
Həmin videonu təqdim edirik: