“Bu, çox sevindirici bir hadisədir, ancaq qaydalara əsasən, 24 saat ərzində təkrar müayinə aparılmalıdır. Növbəti muayinədən sonra nəticələr təsdiqlənsə, xəstənin həqiqətən sağaldığını demək olar””.
Gürcüstan yoluxucu xəstəliklər xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya bu barədə açıqlama verərkən belə deyib.
Xatırladaq ki, Gürcüstanda koronavirusa ilk yoluxma faktı 26 fevralda qeydə alınıb. Hazırda ölkədə "Covid-19"-a yoluxanların ümumi sayı 24 nəfər təşkil edir.