Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusa yoluxan həkimlər özlərini pəncərədən atır- İddia

  • 2020.05.05 15:49
  • 1834 Baxış
Koronavirusa yoluxan həkimlər özlərini pəncərədən atır - İddia

CNN televiziyası Rusiyada son iki həftə içində koronavirus xəstələrini müalicə edən 3 həkimin şübhəli bir şəkildə xəstəxananın pəncərəsindən yıxıldıqlarını iddia edib.

Medicina.az xəbər verir ki, iş şəraitinin pis olmasından şikayətlənən həkimlərdən 2-si ölüb, biri isə ağır yaralanıb.

Onlardan biri, Moskvada çalışan Aleksander Şulepov adlı 37 yaşlı təcili yardım həkimi koronavirusa yoluxmasına baxmayaraq məcburi şəkildə işlədildiyini dediyi videonu yayımladıqdan 10 gün sonra işlədiyi xəstəxananın pəncərəsindən yıxılıb.

Yerli medianın yazdığına görə, onun da vəziyyəti ağırdır.