Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusa yoluxan həkim Teymur Cəfərov ECMO-ya qoşuldu - Dərin komadadır

  • 2020.07.12 17:18
  • 2521 Baxış
Koronavirusa yoluxan həkim Teymur Cəfərov ECMO-ya qoşuldu  - Dərin komadadır

Koronavirusa yoluxan aprel döyüşlərində yüzlərlə əsgər və zabitin həyatını xilas etmiş tibb xidməti mayoru, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu Teymur Cəfərovun müalicəsi birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığıyla nəzarətə götürülüb.

"Medicina.az"ın məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, kardioloq Rəşad Mahmudov "qafqazinfo"ya açıqlamasında bildirib ki, Teymur Cəfərov hazırda Mərkəzi Hərbi Hospitalda EKMO cihazına qoşulub:

“Mərkəzi Hərbi Hospitalda müalicə olunan reanimatoloq-həkim Teymur Cəfərovun son günlər vəziyyəti ağırlaşmış və dünən gecə real vəziyyəti nəzərə alınaraq xəstəyə xəstəbaşında baxış keçirilmiş və vəziyyətinin kritik-ağır olduğu müəyyən edilib. Gecə saat 03:00-dən səhərədək Gömrük Hospitalı ekspertləri tərəfindən EKMO aparatı xəstəyə mərkəzi hərbi hospitalda taxıldı. Oksigen 100% getməsinə baxmayaraq, qandakı oksigenin miqdarı 31-ə qədər düşən xəstə EKMO cihazı taxıldıqdan sonra hemodinamik olaraq stabilləşdirildi. Bədənin oksigenlə qidalanması qənaətbəxş vəziyyətə gəldi. Hazırda dərin koma vəziyyətində yatan Teymur Cəfərovun müalicəsi Mərkəzi Hərbi Hospitalda davam edir".

Millət vəkilinin sözlərinə görə, xüsusən səhiyyə işçilərinin təhlükəsizliyi və COVİD-lə mübarizədə onların xəstəliyinin müalicəsi cənab Prezident və Birinci xanım Mehriban Əliyevanın xüsusi nəzarəti altındadır. "Bu gecə də saat 12 radələrindən etibarən Prezidentin köməkçisi Anar Ələkbərovun nəzarəti altında istər Dövlət Gömrük Komitəsinin Tibb Xidməti İdarəsinin rəisi və eləcə də aidiyyatı qurumların rəhbərlərinin koordinasiyalı çalışması nəticəsində biz ən təhlükəli anda həyatını itirmək üzrə olan Teymur Cəfərova bu köməyi edə bildik”.