Qazaxıstanda koronavirusa yoluxmuş hamilə qadın körpə dünyaya gətirib.
Medicina.az xəbər verir ki, Kızılordu şəhər sakini olan qadının yeni doğulan körpəsi 2 kiloqram 970 qram çəkidə, boyu isə 51 santimetr uzunluqdadır. Uşağın vəziyyətinin qənaətbəxş olduğu deyilir. Onun koronavirusa yoluxub-yoluxmadığını öyrənmək üçün test götürülüb.
Covid-19 daşıyıcısı olan ana isə müalicəsini davam etdirmək üçün yoluxucu xəstəliklər xəstəxanasına köçürülüb.