Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Deputat koronavirusdan sağaldı

  • 2020.11.27 12:53
  • 1590 Baxış
Deputat koronavirusdan sağaldı

Koronavirusa yoluxan deputat Rəşad Mahmudov sağalıb.

Bu barədə R.Mahmudov özü bildirib.

O deyib: “Alahın izni və eləcə də sizlərin duası ilə mən sağaldım. Fürsətdən istifadə edib diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün dünyamızda və eləcə də ölkəmizdə COVİD müalicəsində ən əsas 3 təhlükəli vəziyyət hökm sürür. 1. Kontrol edilməyən qorxu və stres, 2. Oksigen saturasiyası 90 faizin altına düşmədən sadəcə qripal simptomlara görə insanların xəstəxanaya yerləşdirilməsi üçün axın etməsi, 3. Antiviral preparatların vaxtında qəbul edilməməsi və ya onların yerinə lazımsız (antibiotik) və təhlükəli (deksametazon) preparatların ilk günlərdə qəbul edilməyə başlanılması...

Əmin olun ki, bu üç vacib məqamı dərk edib ona riayət edən cəmiyyətlər bu pandemiya ilə mübarizədə minimum itki ilə vəziyyətdən çıxacaqdır.

Hər birinizə sağlam və təhlükəsiz həyat arzu edirəm. Mən ağciyər tutulması ilə evdə sadəcə doğru dərman (agızdan antiviral tabletka, vitamin C və parasetamol qəbulu), yataq istirahəti və zamanı istifadə edərək müalicə olundum. Arzum qripə yoluxmayın, amma yoluxmaqdan da qətiyyən qorxmayın”.