Azərbaycanda daha bir həkim koronavirusun qurbanı oldu.
Bir neçə gündür reanimasiyada olan 1 saylı Kliniki Tibbi Mərkəzin həkim-reanimatoloqu Kərəm Yaqubov koronavirusdan dünyasını dəyişib.Bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat paylaşıblar.
Xatırladaq ki, həkim Bakı Sağlamlıq Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkim iyunun 3-də mərkəzin infeksion xəstəliklər şöbəsinə təngnəfəslik, tənəffüs çatışmazlığı və saturasiyasının aşağı olması göstəriciləri ilə gecə saatlarında qəbul olunmuşdu.
İyunun 9-dan etibarən xəstənin təngnəfəslik və boğulmalarının artması səbəbi ilə reanimasiya şöbəsinə yerləşdirilib, intubasiya olunub və süni tənəffüs aparatına qoşulmuşdu.