Azərbaycanda daha bir həkim koronavirusun qurbanı oldu.
Medicina.az-ın məlumatına görə, həmkarlarının bütün səylərinə baxmayaraq Suraxanı rayonunda yerləşən 23 saylı polikinikanın terapevti Mətanət Atayevanın həyatını xilas etmək mümkün olmayıb.
Vəziyyəti ağır olan həkim keçən ayın sonu Ə.D. Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilmişdi.
Xatırladaq ki, Azərbaycanda koronavirusa yoluxan 20-dən artıq həkim dünyasını dəyişib.