Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusa yoluxan daha bir həkim ECMO aparatına qoşuldu - Vəziyyəti ağırdır

  • 2020.07.15 20:20
  • 2898 Baxış
Koronavirusa yoluxan daha bir həkim ECMO aparatına qoşuldu    - Vəziyyəti ağırdır

Mərkəzi Gömrük Hospitalının həkimləri koronoviruslu xəstələrinin müalicəsində artıq dördüncü dəfə ECMO aparatından istifadə ediblər.

Hospitaldan "BakuPost"a verilən məlumata görə, bu gün reanimasiya briqadası tərəfindən artıq dördüncü ağır koronaviruslu xəstə ECMO cihazına qoşulub. İxtisasca həkim olan 48 yaşlı pasiyentin ağciyərlərinin 90%-dən çoxu zədəli və qan qazlarında ciddi mənfi dinamika müşahidə olunduğu üçün xəstə EKMO apparatına qoşuldu. Hal-hazırda xəstənin vəziyyəti stabil kritik ağır kimi qiymətləndirilir.

Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiv terapiya şöbəsinin rəisi Tural Sadıqov bildirib ki, koronaviruslu xəstələrdə ağciyərlər öz funksiyasını heç cür bərpa edə bilmirsə, süni tənəffüs aparatına qoşulduqda da fayda olmursa, xəstə məcburən ECMO cihazına qoşulur. Şöbədə ilk ECMO cihazına qoşulan pasiyent artıq uğurla cihazdan və süni tənəffüs aparatından ayrılıb. Hazırda digər xəstələrin müalicəsi davam edilir.

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar 11 iyun 2020-ci il tarixindən etibarən hospitalın işi yalnız COVID-19 xəstələrinin müalicəsinə həsr olunub. Dövlət Gömrük Komitəsinin dəstəyi ilə Mərkəzi Gömrük Hospitalının klinik şöbələri, laboratoriya və diaqnostika xidmətləri ən innovativ tibbi avadanlıq və cihazlarla təmin edilməsi burada ən ağır koronaviruslu xəstələrin müalicəsinə imkan verir.

Azərbaycanda koronaviruslu xəstənin müalicəsində ekstrakorporal membran oksigenasiyası (ECMO) cihazı ilk dəfə məhz Mərkəzi Gömrük Hospitalında istifadə edilmişdir.

ECMO cihazı ağciyər və ürək yerinə 2-3 həftə və daha artıq funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran müasir və yüksək texnoloji bir müalicə üsuludur.