BMT-nin koronavirusa yoluxan əməkdaşlarının sayı 175-ə çatıb, onlardan iki nəfər ölüb.
Bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinq zamanı bildirib.
“Dünən gecəyə olan məlumata görə, dünyada BMT işçiləri arasında təsdiqlənmiş 175 yoluxma halı var. Onlardan 32-si ABŞ-da, 19-u BMT katibliyindədir. İki ölüm faktımız da var”, - Düjarrik belə deyib.