Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusa yoluxan ana süd verə bilərmi? - Həkimlər deyir

  • 2020.10.06 15:43
  • 2564 Baxış
Koronavirusa yoluxan ana süd verə bilərmi?  - Həkimlər deyir

Araşdırmalara görə, koronavirusa yoluxan süd verən analar lazımi tədbirləri görməklə övladına süd verə bilərlər.

Medicina.az xəbər verir ki, ana südü tərkibi ilə uşağı yalnız infeksiyadan deyil, bir çox digər xəstəliklərə qarşı da qoruyur. Ana südünün yerini heç bir əlavə qida verə bilməz. Həkimlər bildirirlər ki, əlavə qidaya keçməzdən əvvəl körpənin sadəcə ana südü ilə qidalanmağı yetərlidir. ÜST körpənin 2 yaşına qədər əmizdirilməsini məsləhət görür.



Həkimlər qeyd edirlər ki, əgər ananın koronovirus testi müsbət çıxıb, xəstəliyi yüngül keçirirsə, süd verməyə davam edə bilər. Lakin burada hər zamankı kimi maska, məsafə kimi qaydalara əməl edilməlidir. Ana əllərini tez-tez yumalı, çox insanla təmasda olmamalıdır. Burada ananın sağlamlığı da çox önəmlidir. Bəzən xəstəliyi ağır keçirə və əlavə dərmanlar qəbul edə bilər. Belə hallarda ana südünə ara vermək olar. Əgər ana dərman istifadə etmədən yüngül şəkildə koronovirus keçirirsə, süd verməyə davam edə bilər.

Aygün Nəbiyeva