Ötən ayın əvvəlləri koronavirusa yoluxan və tənəffüs çətinliyi səbəbilə reanimasiyaya yerləşdirilən “Sadakatsız” serialının ulduzu Burak Sergenin səhhəti qaydasına düşüb.
Medicina.az xəbər verir ki, aktyor xəstəxanada nişanlısı Nihan Ünsal ilə lentə alınan fotosunu “Hurriyet” qəzetinə göndərib.
O, 37 gün sonra ilk açıqlamasında bunları deyib:
“Həyatın bir hissəsindən yenidən tutmaq çox xoşdur. Həmişə Nihanı yanımda hiss edirdim. Çünki onun hər zaman yanımda olduğunu bilirdim”.